Bank Of Baku

BMT Somali piratlığından kəskin narahatlığını bildirir

BMT Somali piratlığından kəskin narahatlığını bildirir
# 28 aprel 2010 02:40 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bütün ölkələri onların öz daxili qanunlarına uyğun olaraq piratlığı kriminallaşdırmağa çağıran qərar qəbul edib. Bu barədə APA presstv.ir saytına istinadən xəbər verir.

«15 Millət Şurası rus dilində tərtib edilmiş layihəni yekdilliklə qəbul etdi və Somali sahillərində piratlığın qarşısının alınmasına dair xüsusi məhkəmənin yaradılması təklif edildi», - deyə məlumatda qeyd olunur.

BMT Baş Katibi Pan Gi Mun Konsuldan üç ay ərzində piratların məsuliyyətə cəlb edilməsi yolları barədə məruzə etməyi xahiş edib.

Döyüşkənlik və ümumi qanunsuzluq Hind okeanında və Ədən körfəzində ötən bir neçə il ərzində gəmilərə hücum edən Somali piratları üçün təhlükəsizlik zonasını yaradıb və son aylarda onların hücumları güclənib.

Onlar girov götürərək pul tələb etmək yolu ilə on milyonlarla dollar vəsait əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR