Bank Of Baku

Fransız gəmisi 12 dəniz quldurunu ələ keçirib

Fransız gəmisi 12 dəniz quldurunu ələ keçirib
# 06 may 2010 04:47 (UTC +04:00)
Bakı-APA. Fransanın «La Fayette» hərbi gəmisi Seyşel adalarından 400 dəniz mili məsafədə Somali dəniz quldurlarının bir baza gəmisini və 2 motorlu qayığını içindəki 12 quldurla bir yerdə ələ keçirib. Bu barədə məlumat Avropa İttifaqının «Atalanta» hərbi-dəniz missiyasının rəsmi saytına yerləşdirilib.

Əvvəlcə İsveçə məxsus patrul təyyarəsi quldurların gəmisini və qayıqları aşkar edərək bu barədə «La Fayette»yə məlumat verib. «La Fayette»nin yaxınlaşdığını görən gəmi-baza və qayıqlardan biri dərhal dayanıblar, lakin digər qayıq qaçmağa cəhd edib. Buna cavab olaraq «La Fayette» atəş açaraq onu sıradan çıxarıb. Bütün quldurlar ələ keçiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR