Bank Of Baku

Sudanın Şimali Darfur əyalətinin paytaxtında fövqəladə vəziyyət elan olunub

Sudanın Şimali Darfur əyalətinin paytaxtında fövqəladə vəziyyət elan olunub
# 06 may 2010 22:55 (UTC +04:00)
Bakı-APA. Somalinin Şimali Darfur ştatının Əl-Faşer şəhərində fövqəladə vəziyyət tətbiq edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə buna səbəb üsyançı qruplaşmalar tərəfindən şəhərə mümkün hücum barədə məlumatın daxil olmasıdır.

Sudan KİV-lərinin cümə axşamı verdiyi xəbərə görə, şəhərin küçələri tamamilə boşdur, mağazalar, bazarlar, dövlət müəssisələri, banklar bağlıdır. Bundan əlavə həmin şəhərdə ictimai nəqliyyat işləmir. Gücləndirilmiş polis dəstəsi şəhərdə növbətçi dayanıb.

Şahidlərin sözlərinə görə, şəhərin cənub rayonlarında daha məşhur üsyançı qruplaşmalardan olan “Ədalət və Bərabərlik Uğrunda Hərəkat” üzvlərinin hərəkəti müşahidə olunur.

Təhlükəsizlik qüvvələrinin yüksək rütbəli əməkdaşlarının nümayəndə heyəti ilə birlikdə Şimali Darfurda olan Sudanın daxili işlər naziri İbrahim Mahmud Həmid jurnalistlərə bildirib ki, “vilayətin hər yerində və xüsusən də əl-Faşerdə vəziyyət tamamilə nəzarət altındadır, vəziyyət sığortalamaq üçün əlavə təhlükəsizlik tədbirləri görülüb”.

“Ədalət və Bərabərlik uğrunda Hərəkat” Sudanı Darfurda yeni hərbi əməliyyatların başlanmasında təqsirləndirərək Sudan hökuməti ilə sülh danışıqlarının dondurulması barədə elan edib.

Üsyançılar tərəfindən danışıqlarda iştirak edən Əhməd Tuqod bildirib ki, “hökumət ordusunun atəşkəs barədə müqaviləyə riayət etməməsinə etiraz əlaməti olaraq sülh danışıqları dondurulacaq”.

Onun sözlərinə görə, hökumət ordusu “Ədalət və Bərabərlik uğrunda Hərəkat”ın nəzarəti altında olan Cənubi Darfurda yerləşən dörd yaşayış məntəqəsini havadan və qurudan atəşə turur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR