Bank Of Baku

Madaqaskar prezidenti dövlət başçısı seçkilərində iştirakdan imtina edib

Madaqaskar prezidenti dövlət başçısı seçkilərində iştirakdan imtina edib
# 13 may 2010 00:21 (UTC +04:00)
Bakı-APA. Madaqaskar prezidenti Endryu Racoelina ölkədəki siyasi böhranın həll olunması məqsədilə noyabrda keçiriləcək dövlət başçısı seçkilərində iştirak etməyəcək.

«Mən xalqın və millətin rifahı naminə prezident seçkilərində iştirak etməmək barədə qərarımı elan edirəm», deyə Racoelina dövlət telekanalı ilə çıxışında bildirib.

Madaqaskardakı siyasi böhran 2009-cu ilin yanvarında fəal mərhələyə keçib. O zaman Endryu Racoelinanın tərəfdarları keçmiş prezident Mark Ravalomanananı diktaturada günahlandıraraq Antananarivunun mərkəzi meydanında sonradan iğtişaşa çevrilmiş mitinq keçiriblər. Bir neçə gün davam edən iğtişaşlar nəticəsində 70-ə yaxın insan həyatını itirib. Ümumilikdə böhran başlanandan müxalifət və təhlükəsizlik qüvvələrinin qarşıdurmasında 135-dən çox adam həlak olub.

Ravalomanana martın 17-də öz səlahiyyətlərini ölkənin hərbi komandanlığına verib, komandanlıq isə öz növbəsində onları Endryu Racoelinaya ötürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR