Bank Of Baku

Qiyamçı general Sudanın cənubunda tammiqyaslı müharibəyə başlamaqla hədələyib

Qiyamçı general Sudanın cənubunda tammiqyaslı müharibəyə başlamaqla hədələyib
# 14 may 2010 21:33 (UTC +04:00)
Bakı-APA. Sudan Xalq-azadlıq hərəkatından ayrılan qiyamçı general Corc Ator tələbləri yerinə yetirilməzsə, Sudanın cənubunda tammiqyaslı müharibəyə başlamaqla hədələyib.

Atorla hakimiyyət arasındakı mübahisə apreldə Cəngəllik bölgəsində keçirilmiş qubernator seçkilərində Corc Ator Sudan Xalq-azadlıq hərəkatının nümayəndəsinə uduzduqdan sonra başlayıb.

Ator Cənubi Sudan rəsmilərini seçkilərin nəticələrini ləğv etməyə, hazırkı hökuməti buraxmağa və müxtəlif siyasi qüvvə nümayəndələrindən ibarət keçid hökuməti formalaşdırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR