Bank Of Baku

Sudanın qərbində qiyamçılar 27 polis nəfərini qətlə yetiriblər

Sudanın qərbində qiyamçılar 27 polis nəfərini qətlə yetiriblər
# 15 may 2010 03:31 (UTC +04:00)
Bakı-APA. Qərbi Sudanda yerləşən Darfur əyalətində yaraqlıların hücumu nəticəsində 27 polis nəfəri qətlə yetirilib.

Qətərin «Əl-Cəzirə» telekanalının məlumatına görə hücumu Qərbi Sudanın aparıcı qiyamçı qruplaşmalarından olan «Ədalət və bərabərlik uğrunda hərəkat» həyata keçirib. Hadisənin başqa təfərrüatları açıqlanmır.

Darfur Sudanın qərbində yerləşib ərazisinə görə Fransadan böyük bir əyalətdir. Artıq neçə illərdir ki, burada yerli Afrika tayfalarının yaratdıqları qruplaşmalar gəlmə ərəblərlə mübarizə aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR