Bank Of Baku

Liviya İRO-nun terror aktlarına görə britaniyalılara kompensasiya ödəyəcək

Liviya İRO-nun terror aktlarına görə britaniyalılara kompensasiya ödəyəcək
# 14 iyun 2010 23:58 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəzzafi İrlandiya Respublika Ordusunun (İRO) fəaliyyətinə görə Böyük Britaniyaya təxminən 3 milyard dollar həcmində kompensasiyanın ödənilməsi barədə göstəriş verib. Pullar ilk növbədə terror aktlarından zərər çəkmiş insanların ailələri üçün nəzərdə tutulub. Müvafiq razılıq Tripolidə zərərçəkmiş ailələrin və Böyük Britaniya rəsmilərinin iştirakı ilə keçirilmiş danışıqlarda əldə olunub.

Daily Mail qəzetinin məlumatına görə, Liviya 1980-ci illərdən başlayaraq terrorçuları partladıcı və odlu silahla təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR