Bank Of Baku

MAQATE-nin keçmiş rəhbəri Misirdə etiraz aksiyalarına başçılıq edir

MAQATE-nin keçmiş rəhbəri Misirdə etiraz aksiyalarına başçılıq edir
# 26 iyun 2010 03:25 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq atom energetikası agentliyinin (MAQATE) keçmiş başçısı Məhəmməd Baradeyi Misirin İsgəndəriyyə şəhərində keçirilən etiraz aksiyalarına başçılıq edib.

Əslən Misirli olan Baradeyi polislərin qəddarlığı və özbaşınalığına qarşı çıxan minlərlə nümayişçini küçələrə çıxarıb.

28 yaşlı Xalid Səidin ölümü ilə əlaqədar başlamış etiraz dalğası ölkənin digər şəhərlərində də keçib.

Şahidlərin sözlərinə görə, X.Səid İsgəndəriyyənin küçələrinin birində polislər tərəfindən döyərək öldürülüb. Polis nümayəndələri isə Səidin onların gəldiyini görəndə üstündəki narkotiklərin hamısını udmaq istədiyini və nəticədə boğulduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR