Bank Of Baku

Sudanın cənubu və şimalının nümayəndələri Misirdə üz-üzə gələcəklər

Sudanın cənubu və şimalının nümayəndələri Misirdə üz-üzə gələcəklər
# 28 iyun 2010 18:36 (UTC +04:00)
Bakı-APA. Misir Sudandakı sülh nizamlanmasının 2 tərəfdaşını – Milli Konqres Partiyasını və Sudan Xalq-Azadlıq Hərəkatını (SXAH) 2011-ci ildə ölkənin cənubunun taleyini müəyyənləşdirmək üzrə keçiriləcək referendumdan sonrakı taleyini müzakirə etmək üçün Qahirəyə danışıqlara çağırıb. Bu barədə jurnalistlərə SXAH-ın baş katibi Paqan Amum məlumat verib.

Onun sözlərinə görə, dəvəti Misir prezidentinin baş katibi Xalid əl-Ərəbi çatdırıb.

«Biz Sudanın cənubu və şimalı arasında referendumdan sonra da əlaqələrin sülhpərvər və mehriban olmasına yönəlmiş bu görüşdə iştirak etmək barədə dəvəti qəbul etdik», deyə Amum bildirib.

Xatırladaq ki, danışıqlarda SXAH cənubun MKP isə şimalın mövqelərini müdafiə edir. SXAH gələcək Sudan dövlətinin dünyəvi olmasını və neft gəlirlərinin xristianlar və müsəlmanlar arasında bərabər bölünməsini tələb edir. MKP isə ölkənin şəriət əsasında idarə olunmasının tərəfdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR