Bank Of Baku

Konqo Demokratik Respublikasında baş verən yanğında 221 nəfər ölüb

Konqo Demokratik Respublikasında baş verən yanğında 221 nəfər ölüb
# 03 iyul 2010 21:01 (UTC +04:00)
Qəza Konqonun Burundi ilə sərhədi yaxınlığında Sanqe kəndində qeydə alınıb. Yerli sakinlər ətrafa dağılmış yanacağı qablara yığan zaman yanğın baş verib, nəticədə sakinlərdən bəziləri ölüb, bəziləri isə yanıq xəsarətləri alıb.

Yanğın Sanqe kəndindəki evlərə də keçib, onlarla ev yanıb. Evlərin əksəriyyəti samandan və gildən tikildiyindən alov sürətlə yayılıb. Hadisə baş verən zaman sakinlərin əksəriyyəti futbol üzrə dünya çempionatının oyununa baxdığından evlərindən çıxa bilməyiblər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi hadisə nəticəsində 221 nəfərin öldüyünü, 214 nəfərin isə yaralandığını açıqlayıb. Həkimlər hadisə qurbanlarının sayının daha da artacağını bildirilər. Çünki hadisə nəticəsində xeyli insanda ağır xəsarətlər və güclü yanıqlar qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR