Bank Of Baku

Somali prezidenti: «Ölkə «Əl-Qaidə»nin əlindədir»

Somali prezidenti: «Ölkə «Əl-Qaidə»nin əlindədir»
# 05 iyul 2010 22:36 (UTC +04:00)
Bakı-APA. Somali prezidenti şeyx Şərif Şeyx Əhməd beynəlxalq ictimaiyyəti onun ölkəsinə qiyamçılarla mübarizədə kömək etməyə çağırıb.

«Beynəlxalq kömək islamçı qiyamçılara qarşı mübarizə aparmaq üçün lazımdır. Somali «Əl-Qaidə» və ekstremist qrupların əlindədir», deyə Şeyx Əhməd bildirib.

Prezident Efiopiyada keçirilən regional sammitdə bu bəyanatı səsləndirib. Görüş iştirakçıları Afrika İttifaqının Somalidəki sülhyaratma missiyasını BMT missiyasına çevirməyi təklif ediblər. Onlar həmçinin Somalidə sülhməramlıların iştirakını gücləndirmək barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR