Bank Of Baku

Nigeriya hakimiyyəti futbolçulara oynamağa icazə verib

Nigeriya hakimiyyəti futbolçulara oynamağa icazə verib
# 06 iyul 2010 01:58 (UTC +04:00)
Bakı-APA. Nigeriya hökuməti milli futbol komandasına qarşı verdiyi beynəlxalq yarışlarda iştirakın qadağan edilməsi barədə qərarını ləğv edib. Bu barədə qərar futbol millisinin Dünya Çemionatındakı uğursuz çıxışından sonra verilmişdi.

Qadağanın ləğvi ilə bağlı qərar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) Nigeriya hakimiyyətinə verdiyi vaxtın başa çatmasına bir saat qalmış açıqlanıb. FİFA Nigeriyanı hakimiyyətin milli komandanın və futbol federasiyasının işlərinə müdaxiləsi ilə əlaqədar təşkilat sıralarından xaric etməklə hədələmişdi.

Xatırladaq ki, iyunun 30-da Nigeriya prezidenti Qudlak Conatan yığmaya iki il beynəlxalq oyunlarda iştirak etməyi qadağan etmişdi. Bundan sonra Nigeriyanın iki futbol məmuru işdən çıxarılıb. FİFA isə bəyan edib ki, ölkə rəhbərliyi çox uzağa gedib və qadağa iki cün ərzində aradan qaldırılmasa Nigeriya Futbol Federasiyasının diskvalifikasiya ediləcəyini bildirib.

Nigeriya millisi Dünya Çempionatının B qrupunda sonuncu yeri tutub. Komanda Argentina (0:1) və Yunanıstan (1:2) millilərinə məğlub olub, Cənubi Koreya yığması ilə isə heç-heçə (2:2) oynayıb. Beləliklə, nigeriyalılar üç oyunda cəmi 1 xal qazana biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR