Bank Of Baku

Somali yaraqlıları Uqandadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər

Somali yaraqlıları Uqandadakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər
# 12 iyul 2010 20:20 (UTC +04:00)
Bakı-APA. Somalinin radikal «Əş-Şəbab» qruplaşması Kampalada 74 insanın ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Polis lap əvvəldən «Əş-Şəbab»dan şübhələnirdi. Təşkilat dəfələrlə Uqanda və Burundini hədələmişdi. Bu ölkələr keçid hökumətini dəstəkləmək üçün Somalidə sülhməramlılar yerləşdiriblər.

Bazar günü Uqandanın paytaxtı Kampalada futbol üzrə dünya çempionatının final görüşünün nümayiş etdirildiyi bir sıra kafelərdə partlayışlar baş verib. Nəticədə son məlumatlara görə, ən azı 74 nəfər, o cümlədən bir ABŞ vətəndaşı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR