Bank Of Baku

Böyük Səhrada baş vermiş yol qəzasında 14 nəfər ölüb

Böyük Səhrada baş vermiş yol qəzasında 14 nəfər ölüb
# 14 iyul 2010 23:09 (UTC +04:00)
Bakı-APA. Əlcəzairdə Böyük Səhradan keçən avtomobil yolunda baş vermiş qəzada 14 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Qəza ölkə paytaxtından 600 km cənubda Xassi Lefxal və Əl-Menea yaşayış məntəqələri arasında baş verib. Avtofurqon sürücüsü sərt döngədə idarəetməni itirib və maşın uçuruma yuvarlanıb.

Avtomobildə 2 ailənin üzvləri olub. 9 nəfər yerindəcə ölüb, daha 5 nəfər isə xəstəxanada keçiniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR