Bank Of Baku

Liviyadan Qəzzaya yardım aparan gəmi Misirin Əl-Ariş limanına yan alıb

Liviyadan Qəzzaya yardım aparan gəmi Misirin Əl-Ariş limanına yan alıb
# 15 iyul 2010 00:58 (UTC +04:00)
Bakı-APA. Liviyanın xeyriyyə fondu tərəfindən Qəzza zolağına yardım aparmaq üçün kirayələnmiş Moldova gəmisi İsrail hərbçiləri ilə qarşıdurmaya getməyərək Misirin Əl-Ariş limanına yan alıb.

Əl-Ariş Qəzza zolağından 45 km cənubda yerləşir.

Moldova bayrağı altında Üzən və Qəzzafi fondu tərəfindən kirayələnmiş gəmidə 2 min ton qida və dərman, 9 hüquq müdafiəçisi və 12 heyət üzvü var.

«Sərnişinlər dərmanlarla birgə Qəzza zolağına Rəfah nəzarət-buraxılış məntəqəsindən daxil olacaqlar. Qida isə Əl-Auca nəzarət-buraxılış məntəqəsindən keçiriləcək», deyə Əl-Ariş limanı rəhbərliyinin nümayəndəsi kapitan Camal Əbdül Maksud bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR