Bank Of Baku

Somali üsyançıları paytaxt Moqadişonu tam ələ keçirməyə çalışır

Somali üsyançıları  paytaxt Moqadişonu tam ələ keçirməyə çalışır
# 29 iyul 2010 01:29 (UTC +04:00)
Bakı-APA. Somali rəsmilərin sözlərinə görə, Somalinin paytaxtında hökumət qüvvələri ilə islamçı üsyançıları arasında baş verən toqquşma zamanı 11 mülki vətəndaş həlak olub.
APA-nın voanews.ru saytına istinadən verdiyi xəbərə görə, döyüşlər Hizbul İslam qruplaşmasının yaraqlıları hökumət binalarına hücum edəndən sonra başlayıb. Ölənlər sayı barədə məlumatı Moqadişo Təcili Tibbi Yardım xidmətinin rəhbəri Əl Musa verib. Üsyançılar BMT-nin dəstəklədiyi keçid hökumətinin nəzarətində olan Moqadişonun son bir neçə ərazisini də ələ keçirməyə çalışırlar. Hökumət Afrika Birliyi sülhməramlılarının köməyi ilə hava və dəniz limanı, o cümlədən prezident sarayını öz nəzarətində saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR