Bank Of Baku

Əlcəzairdə rüşvətin haram olmadığını iddia edən fitvalar yayılıb

Əlcəzairdə rüşvətin haram olmadığını iddia edən fitvalar yayılıb
# 13 avqust 2010 22:16 (UTC +04:00)
Bakı-APA. Əlcəzairdə naməlum şəxslər tərəfindən üzərində fitva yazılmış vərəqlər yayılıb.

Radikal Səudiyyə üləmaları tərəfindən imzalanmış fitvalarda müsəlmana vəzifəcə yüksəlmək üçün öz rəisinə rüşvət verməyin haram olmadığı bildirilir. Fitvaya əsasən əgər 2 müsəlman ölkəsinin sərhədindən islamın icazə verdiyi hər hansı məhsulu keçirmək lazımdırsa, gömrük və sərhəd xidmətlərinin əməkdaşlarına rüşvət vermək olar.

Eyni zamanda, fitvada müsəlmanın rüşvət almasının yolverilməz olduğu da vurğulanır.

Əlcəzairin təhlükəsizlik qüvvələri vərəqləri yayanları müəyyənləşdirmək üçün istintaqa başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR