Bank Of Baku

«Əl-Qaidə» Fransadan intiqam almağa çağırıb

«Əl-Qaidə» Fransadan intiqam almağa çağırıb
# 16 avqust 2010 20:47 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə»nin Şimali Afrika qolu Fransadan intiqam almağa çağırıb.

«Əl-Qaidə»nin mərkəzi Malidə yerləşən Şimali Afrika qolu tərəfindən internetdə yerləşdirilmiş açıqlamada Fransa prezidenti Nicolya Sarkozi, «Allah düşməni» adlandırılıb.

Yazılı açıqlamada, «Allah düşməni Sarkoziyə söyləyirəm: Şansınızı itirdiniz və ölkənizdəki bəlaların qapısını açdınız» ifadələri yer alıb.

Aprel ayından bəri girov saxlanılan Fransa vətəndaşı Mişel Jermanonun xilas edilməsi üçün keçirilən əməliyyatda, «Əl-Qaidə»nin 6 üzvü öldürülmüş, ancaq əməliyyat uğursuzluqla nəticələnmişdi. Buna cavab olaraq «Əl-Qaidə», üzvlərinin intiqamını almaq için iyulun 24-də Fransa vətəndaşını öldürmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR