Bank Of Baku

Danimarka donanması Somali piratlarının hücumunun qarşısını alıb

Danimarka donanması Somali piratlarının hücumunun qarşısını alıb
# 29 avqust 2010 02:30 (UTC +04:00)
Bakı-APA. Danimarka Hərbi-dəniz qüvvələri bildirib ki, Danimarkanın döyüş gəmilərinin birindən vertolyot Somali sahilləri yaxınlığında piratların hücumunun qarşısını alıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
Donanmanın nümayəndəsi deyib ki, vertolyot Panama bayrağı altında Ədən Körfəzində üzən gəmidən həyəcan siqnalı daxil olandan sonra havaya qalxıb.
Hərbi vertolyotu görən piratlar ticarət gəmisinə atəşi dayandırıb və qaçmağa cəhd etmişlər, lakin Danimarka pilotlarının xəbərdarlıq atəşi açmasından sonra piratlar təslim olmuşlar.
Piratlar Danimarkanın Esbern gəmisinə gətirilb, lakin sonra buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR