Bank Of Baku

Cənubi Afrikada dövlət qulluqçuları tətil edir

Cənubi Afrikada dövlət qulluqçuları tətil edir
# 30 avqust 2010 22:36 (UTC +04:00)
Bakı-APA. Cənubi Afrika prezidenti Yakob Zuma nazirlərə dövlət xidməti sektorunda 13 gün sürən tətilə son qoymaq üçün danışıqlara başlamaq barədə göstəriş verib. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. Y.Zumanın sözçüsü bildirib ki, prezident son bir neçə gün ərzində nazirlərlə görüşüb və ölkənin maraqları naminə onlara qarşıdurmaya son qoymağı tapşırıb. Prezident xüsusilə tətilin səhiyyə və təhsil sektorlarına təsirindən narahatdır. Dövlət qulluqçuları avqustun 18-də tətilə çıxaraq bütün ölkə boyu məktəblərin və xəstəxanaların fəaliyyətini dayandırıblar. Cənubi Afrikanın aparıcı əmək federasiyası olan KOSATU Y.Zumanın təşəbbüsünü alqışlayıb və qarşıdurmanın hər iki tərəfə məqbul nəticə ilə həll olunacağına ümidini izhar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR