Bank Of Baku

Fransız hərbiçiləri Nigerdə girov götürülənlərin axtarışını davam edir

Fransız hərbiçiləri Nigerdə girov götürülənlərin axtarışını davam edir
# 21 sentyabr 2010 21:21 (UTC +04:00)
Bakı-APA. Fransa hərbiçiləri cümə axşamı Nigerdə oğurlanan Fransa və Afrika ölkələrinin bir qrup vətəndaşlarını tapmaq üçün kəşfiyyat əməliyyatlarını davam edir, APA RFI radiosuna istinadən xəbər verir.
Fransanın “Areva” nüvə şirkətinin işçiləri sentyabrın 16-da Nigerin şimalında girov götürülüb. Girov götürülənlər arasında 5 fransız (4 atom ekspertləri və onların birinin həyat yoldaşı), Toqo və Madaqaskar vətəndaşları var.
Bu cinayətin məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib. Lakin çərşənbə axşamı Niger hökuməti bildirib ki, adam oğurluğu Əl-Qaidə ilə bağlı bir qruplaşmanın işidir. Fransa kəşfiyyatı Maqribdə fəaliyyət göstərən Əl-Qaidə üzvlərindən şübhələnir.
Girovların tapılmasına dair 80 fransız hərbiçisi Nigerdə havadan kəşfiyyat aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR