Bank Of Baku

Somalidə yaraqlılarla toqquşmalarda 19 nəfər həlak olub

Somalidə yaraqlılarla toqquşmalarda 19 nəfər həlak olub
# 23 sentyabr 2010 19:26 (UTC +04:00)
Bakı-APA. Somalinin paytaxtı Moqadişoda hökumət qüvvələri ilə yaraqlılar arasında baş verən toqquşmalarda 19 nəfər həlak olub, 68 nəfər yaralanıb.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Somali hakimiyyət orqanları yayıb.

Son bir ay ərzində Somalidə Əl-Qaidə ilə əlaqədə olan Əl-Şabab qruplaşması BMT tərəfindən dəstəklənən hökuməti devirmək səylərini artırıb.

Somali hökumətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Moqadişoda Afrika İttifaqının 7000 nəfərlik qoşunu yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR