Bank Of Baku

ABŞ ordusu Somalidə həyata keçirilən hücumda əli olmadığını deyib

ABŞ ordusu Somalidə həyata keçirilən hücumda əli olmadığını deyib
# 27 sentyabr 2010 22:43 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar hərbi qüvvələri bazar günü Somalinin cənubundakı həyata keçirilən vertolyot hücumunda əli olmadığını bildirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Moqadişunun cənubundakı Merka şəhərindən olan şahidlər vertolyotun silahlı Əl-Şabab qrupunun komandirlərinin yığıncaq keçirdikləri binanı atəşə tutduğunu deyiblər. Onların dediyinə görə, vertolyot islamçı qüvvələrin onu atəşə tutmasından sonra uzaqlaşıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Assosiated Press və New York Times hərbi rəsmilərə istinadən bildiriblər ki, Birləşmiş Ştatlar ordusu həmin bölgədə fəaliyyət göstərmir və hücumla heç bir əlaqəsi yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR