Bank Of Baku

Sudanda polislə nümayişçilər arasında qarşıdurma olub

Sudanda polislə nümayişçilər arasında qarşıdurma olub
# 09 oktyabr 2010 22:48 (UTC +04:00)
Bakı-APA. Sudanda bu gün polislə nümayişçilər arasında qarşıdurma olub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Şahidlərin dediyinə görə, Xartumda cənub bölgələrin müstəqilliyi şüarı ilə keçirilən aksiyada 2000-dən artıq insan istirak edib. Nümayiş BMT-nin Təhlükəsilik Şurasının nümayəndə heyətinin Sudana 4 günlük səfərinin son günü keçirilib. Səfərin məqsədi Sudanın cənub bölgələrinin müstəqilliyi ilə bağlı referendumla əlaqədardır. BMT nümayəndələri Sudanın Referendum Komissiyasının üzvləri və xarici işlər naziri Əli Əl-Kirti ilə görüşüb. Sudanın cənub bölgəsinin prezidenti BMT-dən regiona sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR