Bank Of Baku

Qvineya seçki komissiyası prezident seçkilərinin ikinci turunun vaxtını dəyişib

Qvineya seçki komissiyası prezident seçkilərinin ikinci turunun vaxtını dəyişib
# 22 oktyabr 2010 22:45 (UTC +04:00)
Bakı-APA. Qvineya seçki komissiyası oktyabrın 24-də keçirilməli olan prezident seçkilərinin ikinci turunun vaxtını dəyişib.

«Bazar günü seçkiləri keçirmək mümkün deyil», deyə Qvineya seçki komissiyasının yeni sədri Siaka Tumani Sanqre bildirib.

Seçkinin yeni tarixi barədə Sanqre məlumat verməyib.

İlk turda Demokratik qüvvələr ittifaqının sədri, keçmiş baş nazir Sellu Daleyn Diallo 39,72% səs yığıb. İkinci yeri müxalifətçi «Qvineya xalqının birliyi» partiyasının lideri Alfa Kondi (20,67%) ilə yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR