Bank Of Baku

Kot-d’İvuarda prezident seçkilərinin ikinci turu keçiriləcək

Kot-d’İvuarda prezident seçkilərinin ikinci turu keçiriləcək
# 04 noyabr 2010 04:56 (UTC +04:00)
Bakı-APA. Kot-d’İvuarın hazırkı prezidenti Loran Qbaqbo bazar günü keçirilmiş seçkilərin ilk turunda 38%-dən artıq səs toplayaraq qalib gəlib.

Namizədlərdən heç biri 50%-dən artıq səs toplamadığına görə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda Qbaqbonun rəqibi 33%-ə yaxın səs toplamış keçmiş baş nazir Alassan Uattara olacaq.

Seçkilərin ikinci turunun noyabrın sonlarında keçirilməsi gözlənilir.

Kot-d’İvuar prezident respublikasıdır və dövlət başçısı 5 illik müddətə seçilir. Ölkə qanunlarına görə, eyni şəxs 2 dəfədən artıq dalbadal prezident seçilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR