Bank Of Baku

Somalidəki dəniz quldurları neft tankerini buraxmağın müqabilində 9,5 milyon dollar pul alıblar

Somalidəki dəniz quldurları neft tankerini buraxmağın müqabilində 9,5 milyon dollar pul alıblar
# 06 noyabr 2010 13:34 (UTC +04:00)
Bakı – APA. Somalidəki dəniz quldurları bu ilin aprel ayında Hind okeanında ələ keçirdikləri Cənubi Koreyaya məxsus neft tankerini buraxmağın müqabilində rekord məbləğdə pul alıblar. APA-nın xəbərinə görə, quldurlardan biri “Reuters”ə telefonla verdiyi açıqlamada 9,5 milyon dollar pul aldıqlarını bildirib: “İndi pulları sayırıq, sonra gəmini tərk edəcəyik”.

Şərqi Afrika Dənizçilik Yardım Proqramının nümayəndəsi Endryu Mvanqura (Andrew Mwangura) bu miqdarın son illərdə dəniz quldurluğunun baş qaldırmasından bu yana ödənən ən böyük məbləğ olduğunu deyib. Onun sözlərinə görə, quldurlar əvvəlcə 20 milyon dollar tələb ediblər.

Qeyd edək ki, İraqdan ABŞ-a 170 milyon dollar dəyərində neft daşıyan Cənubi Koreya tankeri 19 filippinli və 5 Cənubi Koreyalı ekipaj üzvü ilə birlikdə dəniz quldurları tərəfindən ələ keçilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR