Bank Of Baku

Qərbi Saxarada Mərakeş polisi ilə etirazçılar arasında qanlı toqquşmalar baş verib

Qərbi Saxarada Mərakeş polisi ilə etirazçılar arasında qanlı toqquşmalar baş verib
# 08 noyabr 2010 18:37 (UTC +04:00)
Bakı-APA. Qərbi Saxaranın El Ayuna şəhəri yaxınlığında Mərakeş polisi ilə etiraz aksiyası keçirən yerli sakinlər arasında silahlı toqquşmalar baş verib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Mərakeş polisi güc tətbiq edərək etirazçıların qurduğu çadır düşərgəsini ləğv edib.
Qərbi Saxaranın müstəqilliyi uğrunda hərəkət – Polisariodan bildiriblər ki toqquşmalarda azı13 etirazçı və 2 Mərakeş polisi qətlə yetirilib. Polisario nümayəndələrinin sözlərinə görə, etirazçılar siyasi tələblər irəli sürməyiblər, yalnız həyat şəraitinin yaxşılaşdırılmasına nail olmaq istəyirdilər.
Qərbi Sahara İspaniyanın keçmiş koloniyası olub, amma 1975-ci ildə Mərakeş tərəfindən işğal olunub. BMT-nin rəsmi mövqeyinə zidd olaraq Mərakeş Qərbi Saxaranı öz ərazisi hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR