Bank Of Baku

Keniya hərbçiləri 3 Somali quldurunu qətlə yetiriblər

Keniya hərbçiləri 3 Somali quldurunu qətlə yetiriblər
# 14 noyabr 2010 03:52 (UTC +04:00)
Bakı-APA. Keniya dənizçiləri 3 nəfər Somali dəniz quldurunu qətlə yetiriblər. Bu barədə Keniya müdafiə departamentinin rəsmi nümayəndəsi Boqita Ongeri məlumat verib.

«Keniya HDQ-nə məxsus gəmi Kilifi şəhərindən 20 mil məsafədə növbə çəkərkən içərisində Somali quldurları olan qayıq sürətlə ona yaxınlaşıb. 4 nəfər quldur dərhal gəmiyə çıxıb. Bizim fikrimizcə, onlar hərbi gəmini ticarət gəmisi ilə səhv salıblar», deyə Ongeri bildirib.

«Quldurlardan üçü dərhal yerindəcə öldürülüb. Biri isə suya tullanıb. Dördüncü quldur da yaralı olduğundan çox güman ki, həlak olub. Qayıqdakı digər quldurlar isə aradan çıxa biliblər», deyə Keniya rəsmisi əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR