Bank Of Baku

Madaqaskarda dövlət çevrilişi baş verdiyi elan olunub

Madaqaskarda dövlət çevrilişi baş verdiyi elan olunub
# 17 noyabr 2010 23:52 (UTC +04:00)
Bakı-APA. Madaqaskarda bir qrup hərbçi çevriliş baş verdiyini bəyan edib.

Müvafiq məlumat ölkədə konstitusiya referendumu keçirilən günü yayılıb. Yeni konstitusiya bəyənilsə, ölkənin hazırkı lideri, 2009-cu ilin martında hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş Endryu Racoelina yeni seçkilər təşkil olunanadək hakimiyyətdə qala biləcək.

Ada ölkəsində nə baş verdiyi barədə dəqiq məlumat yoxdur.

Çevriliş barədə polkovnik Çarlz Andrianasoavina məlumat verib. O bildirib ki, ölkədə hərbi komitə formalaşdırılıb və hökumət institutları buraxılıb.

Madaqaskarın hərbi komandanlığı isə hakimiyyət silah yolu ilə dəyişdirmə cəhdinin qarşısını alacağını bildirib.

«Əgər dövlət çevrilişi baş veribsə biz müdaxilə etməli olacağıq. Qiyamçılarla danışıqlar apara bilmərik», deyə hərbi polis generalı Andrianazari bəyan edib.

Qərb agentliklərinin məlumatına görə, indi paytaxt Antananarivuda sakitlik hökm sürür. Frans Press agentliyi televiziya və radionun normal rejimdə işlədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR