Bank Of Baku

Madaqaskarda qiyamçı zabitlər təslim olub

Madaqaskarda qiyamçı zabitlər təslim olub
# 21 noyabr 2010 04:11 (UTC +04:00)
Bakı-APA. Madaqaskarda təhlükəsizlik qüvvələri üç gün əvvəl çevriliş elan edən, lakin ölkəyə nəzarəti əla ala bilməyən zabitlərin sığındığı hərbi kazarmaya hücum edərək onları həbs ediblər. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Əsgərlər bildirib ki, üsyançılar bu gün paytaxt yaxınlığında yerləşən kazarmada təslim olublar. Azı 50 nəfər əsgər kazarmaya daxil olarkən güllə səsləri eşidilib. Kimin güllə atması dərhal məlum olmayıb. Qiyamçı zabitlər çərşənbə günü demişdilər ki, onlar ötən il hərbi qüvvələrin dəstəyi ilə hakimiyyəti əla almış prezident Andrey Rajolinanı devirirlər. Lakin hərbi qüvvələrin qalan hissəsi üsyançı əsgərlərə köməyə gəlməyib. Madaqaskarın ordu rəhbəri dünən kazarmadakı qiyamçılarla danışıqlar aparıb. Lakin ictimaiyyətə təfsilat vermədən ərazini tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR