Bank Of Baku

Qambiya İranla bütün münasibətləri kəsib

Qambiya İranla bütün münasibətləri kəsib
# 23 noyabr 2010 02:50 (UTC +04:00)
Bakı-APA. Qambiya İranla bütün istiqamətlərdə – siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin kəsildiyini elan edib. İranlı diplomatlara və dövlət xətti ilə Qambiyada olan bütün iranlılara 48 saat ərzində ölkəni tərk etmək əmr olunub.

«İran İslam Respublikası hökuməti ilə birgə həyata keçirilən bütün layihə və proqramlar ləğv olunur», deyə Qambiya XİN-in bəyanatında bildirilir. Bəyanatda ölkə hökumətinin belə sərt qərarının səbəbləri açıqlanmır.

Noyabrda Nigeriyanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirilirdi ki, Laqosda ələ keçirilmiş silahla dolu 13 konteyner BMT sanksiyalarına rəğmən İrandan Qambiyaya göndərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR