Bank Of Baku

Misir XİN başçısı: İran körfəz ölkələrinin daxili işlərinə müdaxilə etməməlidir

Misir XİN başçısı: İran körfəz ölkələrinin daxili işlərinə müdaxilə etməməlidir
# 26 noyabr 2010 21:51 (UTC +04:00)
Bakı-APA. Misir İranın körfəz ölkələrinin daxili işlərinə müdaxilə etməməli olduğunu bəyan edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Qətərin “Əl-Şərq” qəzeti Misirin xarici işlər naziri Əhməd Əbul-Geytə istinadən bildirib ki, İran Livan və İraqın siyasi mübahisələrinə qarışmamalıdır. Misir prezidenti Hüsnü Mübarəki Doha səfəri zamanı müşayiət edən nazir İranı beynəlxalq ictimaiyyətlə nüvə proqramına dair mübahisələrin diplomatik yolla həllinə çağırıb. Tehranla Qahirə arasındakı əlaqələrdə 1980-ci il İran islam İnqilabından sonra soyuqluq yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR