Bank Of Baku

Somaliyə məxsus adanın yaxınlığında Türkiyə bayrağı altında üzən gəmi qaçırılıb

Somaliyə məxsus adanın yaxınlığında Türkiyə bayrağı altında üzən  gəmi qaçırılıb
# 28 noyabr 2010 03:20 (UTC +04:00)
Bakı-APA. Somaliyə məxsus Sokotra adasının yaxınlığında Türkiyə bayrağı altında üzən "26 Avqust" adında gəmi qaçırılıb.
APA-nın CNNTUK-ə istinadən verdiyi xəbərə görə, qəminin heyəti 21 Türkiyə vətəndaşından ibarətdir.
Bildirilir ki, buğda daşıyan Türkiyə bayraqlı quru yük gəmisi günorta saatlarında Somali sahillərinə yaxınlığında piratların hücumuna məruz qalıb.
Xəbər verilir ki, bölgədə olan ABŞ hərbi gəmisindən qalxan vertolyot dəniz quldurlarına qarşı xəbərdarlıq atəşı açıb.
Türkiyənin hökumət nümayəndələri gəminin personalı ilə əlaqə yaradıblar. Dənizçilər bildiriblər ki, piratlar gəmidən qaçıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR