Bank Of Baku

Müxalifət lideri özünü Kot-d’İvuarın prezidenti elan edib

Müxalifət lideri özünü Kot-d’İvuarın prezidenti elan edib
# 04 dekabr 2010 01:52 (UTC +04:00)
Bakı-APA. Kot-d’İvuar müxalifətinin lideri Alassan Uattara prezident seçkilərində qalib gəldiyini və dövlət başçısı olduğunu elan edib.

"Mən Kot-d’İvuar respublikasının seçilmiş prezidentiyəm", deyə o bəyan edib. Uattara həmçinin bütün dövlət institutlarını, xüsusən ordu və polisi insanların və onların mülkiyyətinin qorunması üzrə vəzifələrini yerinə yetirməyə çağırıb.

Kot-d’İvuarda prezident seçkiləri 2 turda keçirilib. Birinci turda Uattara və şazırkı prezident Loran Qbaqbo 50%-lik səddi keçə bilməyiblər.

Noyabrın sonunda keçirilmiş ikinci turda müstəqil seçki komissiyasının məlumatına görə Uattara qalib gəlsə də, Qbaqbonun tərəfdarının rəhbərlik etdiyi Konstitusiya şurası bu nəticəni ləğv edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR