Bank Of Baku

Şarm-Şeyx sahilində akulaların turistlərə hücum təhlükəsi sovuşmayıb

Şarm-Şeyx sahilində akulaların turistlərə hücum təhlükəsi sovuşmayıb
# 04 dekabr 2010 19:48 (UTC +04:00)
Bakı-APA. Misirin Şarm-Şeyx şəhərinin sahilində akulaların turistlərə hücum təhlükəsi sovuşmayıb.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Misirin qeyri hökumət təşkilatı bildirib ki, öldürülən akulalar turistlərə hücum edən yırtıcılar deyil. Hücumdan bir qədər qabaq dayverlərin çəkdiyi fotoşəkillərdəki akulalar oldürülən yırtıcıların arasında yoxdur.
Bu gün Misir hökuməti Şarm-Şeyx sahilində çimməyə elan etdiyi qadağanı ləğv edib.
Xatırladaq ki, dekabrın birində üç rus və bir Ukrayna turisti akulaların hücumu nəticəndə müxtəlif dərəcədə xəsarət almışdılar. Xəsarət alanlardan biri çox ağır vəziyyətdə idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR