Bank Of Baku

Misirdə parlament seçkilərinin nəticələrinə görə iqtidar partiyası irəlidədir

Misirdə parlament seçkilərinin nəticələrinə görə iqtidar partiyası irəlidədir
# 07 dekabr 2010 00:57 (UTC +04:00)
Bakı-APA. Misirdə hakimiyyətdə olan Milli-Demokrat Partiyası ilkin məlumatlara görə, parlament seçkilərinin nəticələrinə əsasən 508 yerdən 439-unu qazanıb. APA-nın məlumatına görə, bu barədə yerli «Əl-Əhram» qəzeti xəbər verir.

Liberal «Yeni Vəfd» partiyası yalnız 6 yer, əsas müxalifət partiyası olan «Müsəlman qardaşlar» isə 1 yer qazanıblar. Ümumilikdə müxalifət parlamentdə 15 yer tuta bilib.

Bundan əlavə, müstəqil namizədlər 49 yerə malikdirlər. Daha 5 yer hələ tutulmamış qalır.

Qəzetin yazdığına görə, «Müsəlman qardaşlar» və «Yeni Vəfd» çoxsaylı qanun pozuntuları ilə bağlı seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər. «Yeni Vəfd» partiyasının rəhbərliyi hətta qanun pozuntularına etiraz əlaməti olaraq parlamentdəki yerlərindən imtina etmək barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR