Bank Of Baku

Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyniyə qarşı rüşvət ittihamlarını geri götürə bilər

Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyniyə qarşı rüşvət ittihamlarını geri götürə bilər
# 15 dekabr 2010 01:21 (UTC +04:00)
Bakı-APA. Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni və neft şirkəti “Halliburtona” qarşı rüşvət ittihamlarını geri götürə bilər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prokuror Godvin Oblanın bildirib ki, bu addım keçən həftə “Halliburtonun” nümayəndələri ilə nailiyyətli London görüşündən sonra atılacaq. Nigeriyanın İqtisadiyyat və Maliyyə Cinayətləri üzrə Komissiyası şirkətin cərimə ödəməyə razılıq verdiyini bildirir. Qərar Nigeriya hökuməti tərəfindən təsdiq edilməlidir. Keçən həftə Nigeriya prokurorluğu Çeyni və “Halliburtonun” hazırkı rəsmilərinə qarşı 16 maddədən ibarət ittihamnamə hazırlamışdı. Dik Çeyni şirkətə 1995-2000-ci illərdə rəhbərlik etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR