Bank Of Baku

Fil Dişi Sahilində baş verən iğtişaşlarda 20 nəfər öldürüb

Fil Dişi Sahilində baş verən iğtişaşlarda 20 nəfər öldürüb
# 17 dekabr 2010 03:19 (UTC +04:00)
Bakı-APA. Fil Dişi Sahilində cümə axşamı baş vermiş iğtişaşlar zamanı azı 20 nəfər həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hazırkı prezident Laurent Gbagbo məlumat verib.
Qətlə yetirilənlərin arasında 10 nəfər etirazçı və 10 polis əməkdaşı olub.
BMT və Afrika Birliyi bəyən ediblər ki, ötən ay keçirilən prezident seçkilərində Alassane Uattara qələbə qazanıb.
İndiki prezident Laurent Gbagbo seçki nəticələri tanımaqdan imtina edir.
Ölkənin təhlükəsizlik qüvvələri prezident seçkilərinin nəticələrini qəbul etməyi tələb edən və dövlət televiziyasını ələ keçirməyə cəhd edən Uattara tərəfdarlarına atəş açıb. Bundan sonra Kot de-Vuarda iğtişaşlar başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR