Bank Of Baku

Fil Dişi Sahilinin prezidenti sülhməramlı qüvvələrinin ölkədən çıxmasını tələb edir

Fil Dişi Sahilinin prezidenti sülhməramlı qüvvələrinin ölkədən çıxmasını tələb edir
# 19 dekabr 2010 01:43 (UTC +04:00)
Bakı-APA. Fil Dişi Sahili hökumətinin hazırkı prezidenti Loren Qbaqo BMT və Fransa sülhməramlı qüvvələrinin ölkədən dərhal çıxmasını tələb edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Qbaqbonun tərəfdarları sülhməramlı qüvvələrinin onun rəqibi olan Alassane Ouattaranın prezident olmasına yardım göstərməkdə ittiham edirlər. Qbaqo hökumətinin nümayəndəsi televiziyada çıxış edərək, sülhməramlı missiyasının öz mandatını pozduğunu bildirib. O həmçinin deyib ki, Qbaqo hökuməti missiyanın bazar ertəsi başa çatacaq mandatının müddətinin uzadılmasının əleyhinədir. Hələlik nə Fransa, nə də BMT rəsmiləri reaksiya verməyiblər. Qbaqo BMT, Fransa, Afrika Birliyi və başqalarının keçən ay təkrar prezident seçkilərindən sonra beynəlxalq ictimaiyyətin qalib kimi tanıdığı Ouattaraya ötürülməsi çağırışlarını rədd edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR