Bank Of Baku

Əlcəzairdə iqtisadi böhran səbəbindən iğtişaşlar baş qaldırıb

Əlcəzairdə iqtisadi böhran səbəbindən iğtişaşlar baş qaldırıb
# 06 yanvar 2011 18:46 (UTC +04:00)
Bakı-APA. Əlcəzairdə ərzağın qiymətinin artması və gənclər arasında işsizliyin səviyyəsinin artması səbəbindən iki gündür ki, iğtişaşlar baş verir.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, paytaxt Əlcəzair səhərində etirazçılar bir neçə mağazanı yandırıblar. Oran şəhərində polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Dekabr ayında buna oxşar səbəblərdən iğtişaşlar qonşu Tunisdə baş vermişdir. Orada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalarda üç nəfər həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR