Bank Of Baku

Liviya WikiLeaks-ə görə ABŞ-ı Tripolidəki səfirini dəyişməyə çağırıb

Liviya WikiLeaks-ə görə ABŞ-ı Tripolidəki səfirini dəyişməyə çağırıb
# 07 yanvar 2011 22:53 (UTC +04:00)
Bakı-APA. Liviya rəhbərliyi rəsmi surətdə ABŞ-ı Tripolidəki səfir Cin Kresi WikiLeaks-də çap olunmuş Dövlət departamenti ilə yazışmalarına görə dəyişməyə çağırıb. Bu barədə «Əş-Şərq əl-Əvsət» qəzeti yzıb.

Yazışma zamanı səfir Liviyanın lideri Müəmmər Qəzzafi barəsində xoşagəlməz ifadələr işlədib.

«Tripoli Vaşinqtona ABŞ-Liviya münasibətlərinin yaxşılaşması tempini saxlamaq naminə səfiri tezliklə dəyişməyi məsləhət görüb», deyə qəzet Liviya rəhbərliyindəki mənbəyə istinadən yazır.

Həmçinin bildirilir ki, Liviya rəsmiləri səfirin xahişlərinə baxmayaraq onu izahat verməsi üçün qəbul etməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR