Bank Of Baku

Əlcəzairdə ərzaq məhsullarının bahalaşması kütləvi iğtişaşlara səbəb olub

Əlcəzairdə ərzaq məhsullarının bahalaşması kütləvi iğtişaşlara səbəb olub
# 08 yanvar 2011 16:31 (UTC +04:00)
Bakı - APA. Əlcəzairdə ərzaq və qida məhsullarının qiymətinin 30% artması kütləvi etiraz aksiyalarına səbəb olub.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Əlcəzair paytaxtının əsasən kasıblar yaşayan məhəllələrdə başlayan gənclərin etiraz aksiyaları sonradan kütləvi iğtişaşlara çevrilib.

Polis yandırıcı maddələr atan gənclərə qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Qəzəblənmiş kütlə paytaxtın varlılar məhəlləsi olan əl-Biara hücum çəkib, buradakı dükan və restoranları yandırıb.

Bir neçə nəfərin yaralanması ilə nəticələnən iğtişaşlar səbəbindən təhlükəsizlik məqsədilə məscidlər bağlanılıb, futbol matçları təxirə salınıb. Əlcəzair hökuməti ərzaq məhsullarının qiymətinə gələn həftə yenidən baxılacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR