Bank Of Baku

Tunisdə kütləvi talanlar başlayıb

Tunisdə kütləvi talanlar başlayıb
# 15 yanvar 2011 03:53 (UTC +04:00)
Bakı-APA. Tunisin eyni adlı paytaxtında və əyalətlərdə ölkədəki hakimiyyət dəyişikliyindən sonra vəziyyət gərgin olaraq qalır. Qeyd edək ki, prezident Zin əl-Abidin bin Əli ölkəni tərk etdikdən sonra hakimiyyət baş nazir Məhəmməd Qannuşiyə keçib.

Alınan məlumatlara görə, bəzi şəhərlərin sakinləri ordu və təhlükəsizlik qüvvələrinə həyatlarının və əmlaklarının qorunması üçün müraciət edirlər. Fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına baxmayaraq qarətçi dəstələr artıq fəaliyyətdədirlər.

Hərbçilər əhalidən qarətçiliyə cəhd hallarında müəyyən olunmuş nömrələrə zəng etməyi xahiş ediblər.

Qannuşinin əmrinə əsasən hərbi hissələr dərhal iğtişaş rayonlarına getməli və təhlükəsizliyi təmin etməlidirlər.

Paytaxtdan başqa iğtişaşlar Bizerta, Kayruan, Hafsa şəhərlərində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR