Bank Of Baku

Qannuşi Tunisdə azad seçki keçirməyə söz verib

Qannuşi Tunisdə azad seçki keçirməyə söz verib
# 15 yanvar 2011 04:52 (UTC +04:00)
Bakı-APA. Tunisdə qarşıdan gələn seçkilər azad keçiriləcək. Bu barədə ölkənin müvəqqəti rəhbəri Məhəmməd Qannuşi bəyan edib.

Qannuşinin sözlərinə görə, iqtidar bir sıra partiya və siyasi qüvvələrlə məsləhətləşdikdən sonra növbədənkənar seçkilərin vaxtını elan edəcək.

Qeyd edək ki, prezident Zin əl-Abidin bin Əli dünən axşam ölkəni tərk etdikdən sonra hakimiyyət baş nazir Məhəmməd Qannuşiyə keçib. Prezidentin ailəsinə ölkəni tərk etməyə imkan verilməyib. Prezidentin təyyarəsi Səudiyyə Ərəbistanının hava limanlarından birinə enib.

Tunisin bütün ərazisində fövqəladə vəziyyət elan olunub.

Dekabrın sonlarında başlayan etirazlar nəticəsində ölkədə 23 nəfərin öldüyü rəsmən təsdiqlənib. Həmkarlar ittifaqları isə 66 nəfərin öldüyünü iddia edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR