Bank Of Baku

ƏDL: «Qərb xristianların müdafiəsi bəhanəsiylə ərəb ölkələrinin işlərinə müdaxilə edir»

ƏDL: «Qərb xristianların müdafiəsi bəhanəsiylə ərəb ölkələrinin işlərinə müdaxilə edir»
# 19 yanvar 2011 22:51 (UTC +04:00)
Bakı-APA. Ərəb dövlətləri liqası (ƏDL) ölkələrinin liderləri «Qərbin azlıqları müdafiə bəhanəsi ilə daxili işlərə qarışmaq cəhdini» pisləyiblər. Bu barədə Şarm-əş-Şeyxdə keçirilmiş iqtisadi sammitində qəbul olunmuş xüsusi bəyanatda deyilir.

«Ərəb dövlətləri terrorçuluqla mübarizəyə sadiq olduqlarını bir daha təsdiq edirlər, lakin bir dövlətin vətəndaşları arasında etnik və ya dini zəmində ayrıseçkilik yarada biləcək hərəkətlərdən çəkinməyə çağırırlar», deyə bəyanatda bildirilir.

Bölgə dövlətləri həmçinin dinindən asılı olmayaraq bütün vətəndaşlarının müdafiəsi üçün lazımi tədbirlər gördüklərini bəyan ediblər.

«Ərəb dövlətləri bütün vətəndaşlarının müdafiəsinə görə məsuliyyət daşıyırlar və bunun üçün bütün imkanlara malikdirlər», deyə sənəddə bildirilir.

ƏDL xatırladıb ki, ərəb ölkəlrində xristianlar və müsəlmanlar əsrlərlə dinca yanaşı yaşayıblar.

2010-cu ilin sonlarında və bu ilin əvvəllərində İraqda və Misirdə kilsələrə edilmiş hücumlar nəticəsində yerli xristianlar öldürülüb. Bu hücumlardan sonra bir neçə Avropa ölkəsi (İtaliya, Fransa, Polşa, Macarıstan) Avropa Birliyinə xristianlara qarşı təqiblərə son qoymaq üçün konkret addımlar atmağı təklif ediblər. Roma Papası XVI Benedikt Yaxın Şərq ölkələrinin hökumətlərini «çətinlik və hədə-qorxulara» baxmayaraq dini azlıqların müdafiəsi üçün effektiv tədbirlər görməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR