Bank Of Baku

Eks-prezident Ben Əlinin ailə üzvləri həbs olunublar

Eks-prezident Ben Əlinin ailə üzvləri həbs olunublar
# 20 yanvar 2011 21:56 (UTC +04:00)
Bakı-APA. Tunisin hakimiyyətdən qovulmuş prezidenti Zine əl-Əbidin Ben Əlinin 33 ailə üzvü həbs olunub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə Tunisin dövlət televiziyası xəbər verib.
Onlar ölkəni tərk etmək istəyərkən saxlanılıblar. Televiziya ilə yayımlanan çıxışında müvəqqəti hökumətin rəhbəri Fuad Mebaza keçmişdən "tam ayrılma", müstəqil ədliyyə sistemi və mətbuat azadlığı vəd edib.
Yeni hökumət həmçinin bütün siyasi məhbusların azad edildiyini bəyan edib.
Ben Əlinin ailə üzvlərinin evlərinə reydlər zamanı tapılmış qızıl və ləl-cəvahirat dövlət televiziyası ilə nümayiş etdirilib.
AP agentliyinə əsasən, isveçrəli rəsmilər Tunisin hökumət üzvlərinin İsveçrə banklarına təxminən 620 milyon dollar yerləşdirdiklərini deyirlər.
İsveçrənin xarici işlər naziri Tunis liderinə məxsus bütün aktivlərin dondurulacağını söz verib.
Bu arada Tunisdə yüzlərlər adam küçələrə çıxaraq sabiq prezidentin müttəfiqlərindən hakimiyyəti tərk etməyi tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR