Bank Of Baku

Əlcəzairdə nümayişçilər və polis arasında toqquşma baş verib

Əlcəzairdə nümayişçilər və polis arasında toqquşma baş verib
# 23 yanvar 2011 01:26 (UTC +04:00)
Bakı-APA. Əlcəzair paytaxtında nümayişçilər və polis arasında toqquşma baş verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbər görə, hadisə müxalifət tərəfdarlarının hökumətin qoyduğu qadağaya əməl etməyərək nümayiş keçirmək cəhdindən sonra baş verib. Polis hökumət binası qarşısında etiraz aksiyası keçirməyə çalışan yüzlərlə nümayişçiyə qarşı dəyənəklərdən istifadə edib. Nümayişin təşkilatçılarının bildirdiyinə görə, 42 nümayişçi xəsarət alıb. Rəsmilər isə 7 polis əməkdaşının yaralandığını bildirib. İşsizlik səviyyəsi və yüksək ərzaq qiymətləri səbəbi ilə artan narazılıq bu ay ölkədə bir neçə etiraz nümayişinin keçirilməsinə səbəb olub. Qeyd edək ki, Tunisdə bu ay keçirilən oxşar nümayişlər prezident Zinə Əl Abidin Ben Əlinin devrilməsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR