Bank Of Baku

Misirdə keçirilən etiraz aksiyalarında 1 polis və azı 2 dinc sakin ölüb

Misirdə keçirilən etiraz aksiyalarında 1 polis və azı 2 dinc sakin ölüb
# 26 yanvar 2011 08:43 (UTC +04:00)
Bakı – APA. Yanvarın 25-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən etiraz aksiyası zamanı bir polis əməkdaşı öldürülüb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, polis əməkdaşı başından daşla vurulub və aldığı xəsarətdən xəstəxanada keçinib.

Qeyd edək ki, Qahirə və digər şəhərlərdə on minlərlə adam prezident Hüsnü Mübarəkin istefası tələbi ilə küçələrə çıxıb. Aksiyalar zamanı azı 2 dinc sakin ölüb. Polis Qahirədə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 20-30 min polis əməkdaşının cəlb olunmasına baxmayaraq, mitinqçilər polis kordonunu yararaq paytaxtın baş meydanı olan Təhrir meydanına daxil olublar. Əllərində Misir və Tunis bayraqları tutan nümayişçilər 30 ildir ölkəni idarə edən Hüsnü Mübarəkin istefa verməsini və ölkədə kardinal islahatların keçirilməsini tələb ediblər.

ABŞ Dövlət Departamenti Misir hakimiyyətini zorakılıqdan çəkinməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR