Bank Of Baku

Misirdə baş vermiş iğtişaşlarda 70 nəfər yaralanıb

Misirdə baş vermiş iğtişaşlarda 70 nəfər yaralanıb
# 27 yanvar 2011 01:55 (UTC +04:00)
Bakı-APA. Misirdə baş verən iğtişaşlar nəticəsində 4 nəfər həlak olub, ən azı 70 nəfər isə yaralanıb. Bu barədə ölkənin tibb müəssisələrinə istinadən Frans Press agentliyi xəbər verir.

Polis və nümayişçilər arasında qarşıdurma əsasən Qahirənin mərkəzi rayonlarında baş verib. Nümayişçilər polislərə daş atıblar, polislər isə cavabında gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurma nəticəsində 1 polis və 3 nümayişçi həlak olub.

İri liman şəhəri olan Suesdə nümayişçilər hökumət binalarını, həmçinin hakim Milli Demokrat partiyasının nümayəndəliyini yandırıcı qarışıqla dolu şüşə atəşinə tutublar. Nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Suesin tibb xidmətləri polis və nümayişçilər arasında onlarla yaralanan olduğunu bildirirlər.

Misirdə kütləvi antihökumət nümayişləri yanvarın 25-də başlayıb. Nümayişçilər artıq 30 ildir hakimiyyətdə olan prezident Hüsni Mübarəkin istefasını, genişmiqyaslı siyasi və sosial islahatların keçirilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR